28 noyabr 2023 16:14
208

"İnter" bu futbolçu ilə razılaşdı

"İnter" yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

“İki sahil” xəbər verir ki, Milan təmsilçisi "Lill"in müdafiəçisi Tiaqo Dcalo ilə razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, portuqaliyalı müdafiəçi ilə gələn ilin yayında müqavilə imzalanacağını qeyd edib.

23 yaşlı mərkəz müdafiəçisi 2019-cu ildən "Lill"də çıxış edir.  O, daha əvvəl "Sportinq" və "Milan"da da oynayıb.