28 noyabr 2023 17:02
178

Blinken Hakan Fidanla Qəzzanı müzakirə edib - YENİLƏNİB

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən görüşdə tərəflər Qəzzadakı son hadisələri və İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər.