29 noyabr 2023 10:54
163

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 12%-dək azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 813 480,7 min manat təşkil edib, bu da illik müqayisədə 11,8% azdır.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 922 225,5 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 8,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 238 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.