Rusiyanın Krasnodar diyarının Vısoki kəndində fərdi evdə baş verən yanğın nəticəsində 4 uşaq daxil olmaqla, 6 nəfər ölüb.
"İki sahil” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə noyabrın 29-na keçən gecə baş verib.
Yanğınsöndürənlər gələnə qədər ev tamamilə yanıb.
“Yanğın 72 kvadratmetr ərazini əhatə edib”, - Rusiya Fövqəladə Hallar Nazirliyinin bəyanatında deyilir.