29 noyabr 2023 11:22
285

Regional nəqliyyat və logistika marşurtlarının şaxələndirilməsi üçün yeni imkanlar yaraıb

2023-cü il 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi Proqramının SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökümət başçılarının Zirvə görüşü keçirilmişdir.

Bu il SPECA-nın yaradılmasının 25-ci il dönümüdür.Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram SPECA 26 mart 1998-ci ildə yaradılmışdır.Hazırda SPECA-nın iştirakçı ölkələri Azərbaycan,Qazaxıstan,Özbəkistan,Türkmənistan,Tacikistan və Əfqanistandır.Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyanı gücləndirməkdir.

İlk dəfə olaraq Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlərin Zirvə görüşü keçirilmişdir.Bakıda keçirilən Zirvə görüşündə proqrama üzv dövlətlərin dövlət və hökümət başçıları və Körfəz Əməkdaşlıq Şürasının Baş katibi də iştirak etmişdir.

Cənab Prezidentin Zirvə görüşündəki çıxışında qeyd edildiyi kimi,dünyanın müxtəlif bölgələrində müharibələr,münaqişələr,qanlı toqquşmalar geniş vüsət almasına baxmayaraq,bugün SPECA-ya üzv ölkələrdə sülh,sabitlik,əmin-amanlıq hökm sürür.

Azərbaycan istər regional,istərsə də beynəlxalq əməkdaşlıqda etibarlı partniyor olmaqla yanaşı,üzv olduğu və ya qoşulduğu təşkilatlarin işinə müxtəlif istiqamətlərdə töhfə vermişdir.Məhz bu məqsədə xidmət edən daha bir nümunə kimi Azərbaycan tərəfindən BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna dəstək məqsədi ilə 3,5 milyon ABŞ dolları məbləğində yardım alınmasının nəzərdə tutulmasını göstərə bilərik.

Heydər Əliyev Mərkəzində keçirilən Zirvə toplantısında dövlət başçısı İlham Əliyev ölkəmizin iqtisadiyyatında baş verən inkişafın qiymətləndirilməsi ilə bağlı çıxışında Azərbaycan iqtisadiyyatının dünəni və bugününü şərh edərək gələcəkdəki hədəflərin anonsunu verdi.Bu illər ölkəmiz üçün yalnız iqtisadiyyatın inkisafı,yoxsulluğun azaldılması ilə bərabər,xüsusilə də ölkəmizin suverenliyinin bərqərar olunması qeyd olundu.Azərbaycan torpaqlarını 30 ilə yaxın müddət ərzində öz işğalında saxlamış Ermənistan dəfələrlə sülh danışıqlarından imtina etdi və münaqişənin sülh yolu ilə həllinin qeyri-mümkünluyünü dünyaya nümayiş etdirdi.2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Zəfər yürüşümüz ölkəmizin tarixi Qələbəsi ilə yekunlaşdı.

Zirvə görüşündə bildirildi ki,Azərbaycan SPECA üzv dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli qaydada,həm də proqram çərçivəsində geniş əməkdaşlıq edir.Vurğulandı ki,Azərbaycan SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət və tranzit qovşağı rolunu oynayır.Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tblisi-Qars dəmiryolu kimi layihələrinin bu əməkdaşliqda mühüm rol oynayacağı bildirildi.Trans-Xəzər Nəqliyyat Dənizinin SPECA-nın əhatə etdiyi coğrafi regiondan keçməsini  nəzərə alaraq,bu dəhlizin səmərəliliyinin artirilması məqsədilə üzv ölkələr tərəfindən göstərilən birgə səylər yüksək qiymətləndirildi. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşurtlarının və şaxələndirilməsi üçün yeni imkanlar yaratdığı bildirildi.

SPECA kontekstində prioritet məsələlər kimi daim gündəlikdə saxlanmasının zəruriliyi vurğulandı.Azərbaycanda bu istiqamətdə mühüm işlərin görüldüyü bildirilərək ölkəmizin xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin icrasina başladığı qeyd edildi.Bu yanaşmanın işğaldan azad ediilmiş ərazilərdə aparılan bərpa işlərində də tətbiq olunduğu xüsusi vurğulandı.Azərbaycanın,eyni zamanda,digər tərəfdaşlar ilə Avropaya yaşıl enerji körpüsünü salmağa başladığı bildirildi.

Zirvə görüşündə çıxışı zamanı Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı statistik məlumatları qeyd edən Cənab Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycanın ümumdaxili məhsulunun 4 dəfə,büdcə gəlirlərinin 30 dəfədən,xarici ticarət dövriyyəsini isə 10 dəfədən çox artdığını bildirərək Azərbaycanın birbaşa xarici borcunun hazırda ümumdaxili məhsulun təxminən 10 faizini təşkil etdiyini,valyuta ehtiyatlarının birbaşa xarici dövlət borcunun 10 dəfə üstələdiyini,yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 5.5 faizə düşdüyünü vurğulamışdır.Bu,dövlətimizin uğurlu iqtisadi siyasətinin təzahürüdür.Həqiqətən də,qisa zaman kəsiyində bu qədər nailiyyətlərin əldə olunması dünya ölkələri arasında az təsadüf edilən təcrübədir.

Daha sonra ”SPECA həftəsi çərçivəsində,SPECA ölkələri sərgisi:Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərgi təşkil olunmuşdur.Məqsəd iştirakçı ölkələrin iqtisadi potensialının nümayiş etdirilməsi,üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlıq imkanlarının gücləndirilməsi olmuşdur.

İnaniriq ki,Azərbaycanın ev sahibliyi etdiyi bu zirvə görüşü Proqrama üzv olan ölkələr arasında əməkdaşlığı dərinləşdirəcək,iqtisadi münasibətlərdə yeni imkanlar açacaq.

Səadət Süleymanova,
YAP Xətai rayon təşkilatının "Şıxlinski 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü,
204 saylı tam orta məktəbin müəllimi