29 noyabr 2023 11:28
183

İsa Həbibbəyli: Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur

"Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur. Halbuki bu son dərəcə vacib məsələdir".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli qurumun ümumi yığıncağında çıxışı zamanı deyib.

O təklif edib ki, Nazirlər Kabinetinə müraciət edərək seysmologiyanın doktorantura üzrə təhsil verən ixtisas təsnifatlarına daxil edilməsini təmin edək: "Çünki bu gün ölkədə seysmologiya sahəsi üzrə elmlər doktorlarının sayı barmaqla sayılacaq qədərdir".