"Son bir ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir çox şöbələr ləğv edilib və ya birləşdirilib".
“İki sahil” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli noyabrın 29-da qurumun ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, AMEA-nın Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru, Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi, Nəsimi adına Dilçilik İnstitutunda isə Qərbi Azərbaycan toponimlərinin tədqiqini nəzərdə tutan Toponimika şöbələri yaradılıb.
AMEA-da başlanan və sürətlə davam etdirilən “Elektron Akademiya” hərəkatının həyata keçirilməsi üçün aparılan elmi-təşkilati işlərin struktur islahatlarının miqyasını daha da genişləndirdiyini deyən İ.Həbibbəyli hazırda akademiyanın yeniləşmə hərəkatı mərhələsini yaşamaqda olduğunu vurğulayıb.
Tamştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı iki dəfə yüksək olmalıdır