29 noyabr 2023 12:12
179

Samirə Musayeva: Vergilərin 96 %-i könüllü ödənilir

Azərbaycanda vergilərin 96 %-ə yaxını dövlət büdcəsinə könüllü ödəmə şəklində daxil olur.

"İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumum rəis müavini Samirə Musayeva bildirib.

O, sahibkar-dövlət münasibətlərində etimadın artdığını qeyd edərək, nəticə etibarilə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamikanın olduğunu vurğulayıb. Vergi rəsmisi qeyd edib ki, son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları vergi öhdəliklərinə əməletmənin asanlaşmasına şərait yaradıb, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-nin artım tempini üstələyib.