29 noyabr 2023 12:18
206

POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27 % olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27 % təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunan "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlimdə çıxışı zamanı deyib.

"Əvvəllər məqsədimiz nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni ağıllı cihazlar vasitəsilə həyata keçirilməsini təşviq edirik. Bu, vətəndaşların ödənişlər zamanı kart məlumatlarının oğurlanması ehtimalının, fırıldaqçılıq hallarının qarşısını almaqda rol oynayır", - deyə R. Qasımov bildirib.