29 noyabr 2023 14:02
184

Mərkəzi Nəbatat Bağının "Azərsu"ya 70 min manat borcu olduğu üzə çıxıb

Mərkəzi Nəbatat Bağının "Azərsu"ya 70 min manat borcu olduğu üzə çıxıb.

“İki sahil” xəbər verir ki, bunu AMEA Prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu məsələni araşdıracaq:

"AMEA bütün kommunal borcları ödəyir. Nə üçün indi belə bir borc ortaya çıxır? Bunu Botanika İnstitutundan öyrənməldirlər".

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı əvvəllər AMEA-nın tərkibində olsa da, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.