29 noyabr 2023 15:06
175

Türkiyə Qəzzaya yardım təyyarəsi göndərib

Türkiyədən Qəzza zolağına dərman preparatları və tibbi ləvazimat daşıyan təyyarə yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat verib.

İçərisində tibbi heyətin də olduğu təyyarə Kayseri hava limanından Misirə doğru yola düşüb.

Tibbi heyətin Misirin Səhiyyə Nazirliyi ilə birgə planlar çərçivəsində yaralıların müalicəsi ilə məşğul olacağı deyilir.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.