"Bu gün ana və uşaq ölümü bütün dünyada, o cümlədən bizdə də böyük problemdir".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bu sahədə ölkəmizdə əslində xeyli uğurlar qazanılıb: "90-cı illərin əvvəllərində bu rəqəm bizdə təxminən 30 idi. Bu gün isə 11-dir. Biz çalışmalıyıq ki, bu rəqəmləri daha da azaldaq. Burada bəzi məsələlər səhiyyə işçilərindən asılı olsa da, çoxu da vətəndaşların özlərindən asılıdır. Hamiləlik dövründə həmin qadınların nəzarətə götürülməməsi, erkən nikahlar və s. amillər ana və uşaq ölümlərinə səbəb olur".
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi