29 noyabr 2023 15:34
173

Rusiya və Ermənistan “Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyəti müzakirə edəcəklər

Rusiya və Ermənistan “Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyəti müzakirə edəcəklər.

“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Nazir bildirib ki, hər iki ölkə rəsmiləri Avrasiya İqtisadi Birliyinin (AİB) təcili iclasında “Yuxarı Lars” keçid məntəqəsində yaranmış gərginlik ətrafında müzakirələr aparacaqlar.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Ermənistandan gül və meyvə-tərəvəz məhsullarının bir hissəsinin ölkəyə keçidinə icazə verməyib. Həmin məhsullarda zərərli orqanizmlər və pestisidlər aşkarlanıb.

Hazırda Ermənistana aid təxminən 1 700 yük avtomobili “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə Gürcüstan-Rusiya sərhədindən keçmək üçün gözləyir.