Avstraliyada kenqurular villa sahiblərindən biri üçün acı sürpriz gerçəkləşdirib. Kvinslend ştatındakı həyət evlərindən birinə daxil olan xeyli sayda kenquru tullana-tullana ortalığı bir-birinə qatıb.
Qəribə hadisə turistlərdən biri tərəfindən lentə alınıb. Həvəskar kadlarda azı 10 kenqurunun villanın həyətində o baş bu başa qaçdığı, bir müddət sonra evə daxil olmağa çalışdıqları əksini tapır. Bu cüssəli heyvanların villaya hansı səbəbdən daxil olduğu və hansı fəsadlara yol açdığı məlum deyil.
Qeyd edək ki, ötən il bir sürü kenquru öz aqressiv hərəkətləri ilə polisləri hərəkətə keçirmişdi. Qolfçulara hücum edən kenqurular çətinliklə yaşayış məskənlərindən uzaqlaşdırılmışdı.