Bir neçə gün əvvəl Azərbaycan BMT-nin İnsan Hüquqları şurasının universal dövri icmal prosesi üzrə hesabatını təqdim edib. Beş ildən bir təqdim olunan bu hesabat insan hüquq və azadlıqlarının icrası istiqamətində işləri özündə əks etdirir.
“İki sahil” xəbər verir ki, bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, təqdim olunan hesabata reaksiya olaraq BMT-yə üzv dövlətlərin əksəriyyəti Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirərək davam etməyi tövsiyə edib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır