Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-dən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın müxtəlif aspektləri, habelə cari regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov Azərbaycan və Macarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, əməkdaşlıq gündəliyinin genişləndirilməsi və perspektivlərinin müzakirəsində qarşılıqlı təmaslar və səfərlərin əhəmiyyətini vurğulayıb.
Macarıstanın xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daimi dəstəyi minnətdarlıqla xatırlanıb.
İki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı, həyata keçirilən birgə layihələrin uğurlu icrasının əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
In the margins of #OSCEMC2023, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of #Azerbaijan met w/Péter Szijjártó, Minister of Foreign Affairs & Trade of #Hungary. Bilateral & multilateral cooperation btw & regional & int'l security issues were discussed during the meeting. pic.twitter.com/XLQwD7FLoq
— MFA Azerbaijan (@AzerbaijanMFA) November 30, 2023
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır