Noyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.
Nazir həmkarını post-münaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.
Bölgədə sülhün alternativinin olmadığı, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvar olduğumuz nazir tərəfindən vurğulanıb.
Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır