UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Molde" - "Qarabağ" oyununa satılan bilet sayı bəlli olub.
“İki sahil” xəbər verir ki, "Aker" stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.
11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də "Qarabağ"a dəstək verəcəklər.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Qarabağ" və "Molde" hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır