01 dekabr 2023 17:58
264

Aİ ərazilərin minalardan təmizlənməsində Azərbaycanın ən böyük dəstəkçisidir- Səfir

“Avropa İttifaqı (Aİ) ərazilərin minalardan təmizlənməsində Azərbaycanın ən böyük dəstəkçisidir”.

“İki sahil” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko “X”də yazıb.

“Məcburi Köçkünlərin Təhlükəsiz Geri Dönüşünün Dəstəklənməsi” layihəsi çərçivəsində Aİ-nin dəstəyi ilə Azərbaycanda təlim keçmiş ilk minatəmizləmə komandasının üzvlərinə sertifikatlar təqdim etməkdən şərəf duyuram”, - o bildirib.