Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında Nazirlər Kabineti tərəfindən 2023-cü il 27 noyabr tarixində Qərar qəbul edilib.
Qərara əsasən “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublika ərazisində yaşıllaşdırma sahəsində xidmətlər göstərəcək, yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, infrastrukturun inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirəcək.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır