Milli Məclisin sədri Sahibə Qafarova Çexiyaya rəsmi səfəri çərçivəsində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Bu barədə “İki sahil”ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Milli Məclisin sədri kimi Çex Respublikasına ilk dəfə səfər etdiyini, bu səfərin və keçirilən görüşlərin münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. Spiker Sahibə Qafarova parlamentlərimiz arasında münasibətlərin Azərbaycan və Çex Respublikası arasında əlaqələrin mühüm bir hissəsini təşkil etdiyini qeyd edərək, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun önəminə diqqət çəkib.
O, xüsusilə dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.
Milli Məclisin sədri, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri barədə məlumat verib.
Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən, işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılmasının, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır