Ermənistanda hələ də qatı millətçi hakim sinif, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad edirlər. Çünki onlar erməni diasporunun qatı millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir.
“İki sahil” xəbər verir ki, bu fikirlər İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çiriellinin “Formiche” qəzetinə müsahibəsində yer alıb.
Nazir müavini vurğulayıb ki, ermənilərə münasibətdə ötən əsrin əvvəllərində baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar. Onlar, sadəcə, müsəlman olduqları üçün başqalarının günahlarına görə məsuliyyət daşıya bilməzlər.
“Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir. Bu, onların fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, - deyə E.Çirielli əlavə edib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır