“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin illik görüşləri ikitərəfli görüşlər zamanı mühüm regional hadisələri müzakirə etmək üçün yaxşı fürsətdir”.
“İki sahil” xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
Onun sözlərinə görə, toplantı çərçivəsində regional məsələlərin də müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.
İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır