Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə layihələrinə hər il 40 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının rəhbəri Ajay Banqa BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransında deyib.
Onun sözlərinə görə, bu təşəbbüs 2025-ci ildən başlayaraq həyata keçiriləcək, maliyyələşdirmə ilkin gözləntiləri 9 milyard dollar üstələyəcək.
Banqa vurğulayıb ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası həm iqlim dəyişikliyinin azaldılması, həm də uyğunlaşma üçün bərabər şəkildə vəsait ayıracaq.