04 dekabr 2023 00:22
247

“Beşiktaş”ın yeni prezidenti seçildi

“Beşiktaş” klubuna yeni prezident seçilib.

“İki sahil” xəbər verir ki, keçirilən seçkilərin qalibi Hasan Arat olub.

H.Arat bu mübarizədə Serdal Adalını qabaqlayıb.

Bununla da o, “qara qartallar”ın 35-ci başqanı olub.

Qeyd edək ki, “Beşiktaş”ın bundan öncəki prezidenti Ahmet Nur Çelebi idi.