“Fransada terror aktları təhlükəsi daim mövcuddur”.
“İki sahil” BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə Paris polisinin prefekti Loran Nunyes bildirib.
Onun sözlərinə görə, paytaxtda təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib:
“Bu gündən biz küçələrdə polisin mövcudluğunu gücləndirdik və patrulların sayını artırdıq”.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə naməlum şəxs Eyfel qülləsinin yaxınlığındakı Qrenel sahilində yoldan keçənlərə hücum çəkərək bir nəfəri öldürüb, daha bir insanı isə yaralayıb. Polis sözügedən şəxsi yaxalayıb.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır