Avropa İttifaqı Azərbaycanda mina probleminin aradan qaldırılmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda mina problemindən ən çox əziyyət çəkən ölkədir.
“Biz çalışırıq ki, Azərbaycana əlimizdən gələn qədər kömək edək ki, bu problemi həll edə bilsin. Mina problemi siyasi məsələ deyil, humanitar məsələdir. Avropa İttifaqı Azərbaycanda mina probleminin aradan qaldırılımasında maraqlıdır. Lakin bu çox uzun çəkən bir prosesdir”, - səfir deyib.
Onun sözlərinə görə, Aİ bu sahədə Azərbaycana müharibənin bitməsindən sonra ilk günlərdən öz dəstəyini göstərir.
“Hazırda həmin ərazilərə vətəndaşlar qayıdır və onlar son dərəcə diqqətli olmalıdırlar ki, mina qurbanına çevrilməsinlər. Avropa İttifaqı son 3 ildə minalarla mübarizə sahəsinə 8 milyon avrodan çox vəsait ayırıb və bu məsələdə Azərbaycana dəstəyimiz davam edəcək”, - P.Mixalko bildirib.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır