04 dekabr 2023 13:13
272

Minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıyıq- ANAMA rəsmisi

ANAMA minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır.

“İki sahil”in xəbərinə görə, bu bardə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idrəsinin müdiri Ramil Əzizov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq minatəmizləmə işlərində yenilikləri öyrənməyə, təcrübə mübadiləsinə köməklik edir: "Hazırda əməkdaşlıq etdiyimiz beynəlxalq təsisatlar var və bundan sonra həmin əlaqələrin daha da genişləndirilməsi üçün çalışacağıq".

R.Əzizov əlavə edib ki, ANAMA humanitar minatəmizləmə işləri çərçivəsində 110 hektar ərazini mina və hərbi sursatlardan təmizləyib: "ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük mrahibədən sonra 18 mindən çox tank əleyhinə, 30 mindən çox piyada əleyinə minalar, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib".