04 dekabr 2023 13:41
300

Nazir müavini: Azərbaycan sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ cavab verməyib

Azərbaycan sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ cavab verməyib.

“İki sahil” Armenpress-ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Biz cavab alan kimi bu barədə məlumat verəcəyik”, - o əlavə edib.

Xatırladaq ki, noyabrın 21-də Ermənistan tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı 6-cı təklifini Azərbaycan tərəfinə göndərib.