19 may 2016 23:56
245

Metal əridən alovu dili ilə söndürdü

Dili ilə onlarla qaynaq alışqanını söndürdü. Amerikalı  Aşrita Furmen inanılmaz,  isanı sözün əsl mənasında yandıran dünya  rekorduna imza atıb. Bu dəfə  yüksək təzyiqlə qaz alovu püskürən qaynaq lampalarını söndürməyi qarşısına məqsəd qoyan Aşrita metalı belə əridən alovu dili ilə ram edib.

Əslində bu cür çılğınlığa əvvəllər də imza atanlar olub.  Bu kateqoriyada əvvəlki dünya rekordu Kanadalı Rayn Stoka məxsus idi. Sözügedən  şəxs dili ilə 40 qaynaq alışqanını söndürməyə müvəffəq olmuşdu. Aşrita isə Raynı 7 alışqanla qabaqlayıb və 47 qaynaq lampasını dili ilə söndürməklə yeni dünya rekordu vurub.

Onu da qeyd edək ki, Aşrira son rekordu ilə birgə rekordlar kitabında nəinki yeni səhifə açıb, hətta bu şəxs az qala öz rekordlarından kitab çıxaracaq.  Bu vaxtadək  191  müxtəlif  dünya rekordu vuran Aşrita həmin rekordların sayını artırmaqda davam edəcəyini bildirib.