Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsi dəstəklənməyib

04 dekabr 2023 17:42
320

Ermənistan parlamentinin dövlət quruculuğu və hüquq komissiyası Ermənistanın Qarabağdan imtinasını kriminallaşdıran qanun layihəsini geri çevirib.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət tərəfindən irəli sürülən qanun layihəsi Qarabağın öz müqəddəratını təyin etməsi hüququndan imtinaya görə Cinayət Məcəlləsində dəyişiklik nəzərdə tuturdu.

Komissiyanın üç üzvü qanun layihəsinin lehinə, səkkizi isə əleyhinə səs verib.

Qərarı dəstəkləməyənlər hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri olub.

Hökumətyönlü deputatlar “Ayakve” təşəbbüsünün Azərbaycanla sülh danışıqlarına ciddi əngəl törədəcəyini açıqlamışdı.