04 dekabr 2023 18:27
306

Ceyhun Bayramov Rusiyaya səfərə yola düşüb

4 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

“İki sahil” XİN-dən verilən məlumata istinadən xəbər verir ki, səfər zamanı, nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.