05 dekabr 2023 13:55
245

Naxçıvan Ali Məclisinin növbəti iclası keçiriləcək

Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunması nəzərdə tutulur.

İclasda, həmçinin Ali Məclisin İqtisadi siyasət komitəsinin tərkibində dəyişiklik ediləcək.