05 dekabr 2023 18:15
277

XİN: Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır

"Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında bildirib.

XİN bildirib ki, bu gün Ağdam rayonunda mina partlaması nəticəsində minaaxtaran şəxs xəsarət alıb.

"2020-ci ildəki müharibənin sonundan bəri mina qurbanlarının sayı 338-ə çatıb. Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır", - Azərbaycan XİN qeyd edib.