05 dekabr 2023 19:50
305

Xəzəryanı ölkələrin XİN başçılarının növbəti görüşü Aşqabadda keçiriləcək

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Xəzəryanı ölkələrin XİN başçılarının dekabrın 5-də Moskvada keçirilən toplantısının yekunlarına dair birgə qəbul olunmuş bəyanatda bildirilib.

"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ildə Türkmənistanda baş tutacaq", deyə bəyanatda qeyd olunub.