20 may 2016 17:23
212

“Darvin bankası” yatağında yeni quyu qazılır

“Darvin bankası” yatağındakı 720 nömrəli meydançadan 766 nömrəli quyuda qazma işlərinə başlanılıb.“Abşeronneft” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1440 metrdir. 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.