20 may 2016 17:26
239

Tərtərin Kəbirli kəndinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir.Uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturu sürətlə inkişaf etdirilir. Mayın 20-də Tərtər rayonunun Kəbirli kəndinə təbii təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Bildirilmişdir ki, 179 abonenti olan kəndin birpilləli sistem əsasında yenidən qazlaşdırılması zamanı 12927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.