06 dekabr 2023 16:43
271

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması üzrə işlərimiz davam edir

“Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində Orta Dəhliz üzrə işlərimiz davam edir”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Aşqabadda keçirilən “Türkiyə-Türkmənistan İş Forumu”nda çıxışı zamanı deyib.

“Bu məsələ ilə bağlı tərəfdaşlarımızla müzakirələr aparırıq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması çərçivəsində işlər gedir. Həmçinin, Türk Dövlətləri Təşkilatı daxilində də əməkdaşlığımızı gücləndiririk”, - o bildirib.