07 dekabr 2023 10:53
340

Blinken danışıqlar üçün Ceyhun Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi gözləyir- Ceyms O`Brayn

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanda səfərdə etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn “X” platformasında paylaşımında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və katib Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, o qeyd edib.