“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları bu gün Ağdamda mina və partlamamış hərbi sursatlarla çirklənən ərazilərdə minaların zərərsizləşdirilməsi prosesi ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, forum iştirakçılarına minatəmizləmə qrupu tərəfindən təmizlənən ərazilər və tapılaraq zərərsizləşdirilən mina, eləcə də partlamamış hərbi sursatlar barədə məlumat verilib.
Qeyd edək ki, forum iştirakçılarına 12 300 hektar təmizlənən ərazidən 1 377 tank, 1 809 piyada əleyhinə mina, 14 504 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilməsi barədə məlumat verilib.