07 dekabr 2023 15:01
268

AYNA-nın nizamnamə fondu artırılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nizamnamə fondunun məbləği dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən Agentliyin nizamnamə fondu 5 642 390 manatdan 245 157 852 manat 36 qəpiyə çatdırılıb.