07 dekabr 2023 17:46
310

Azərbaycan səfiri Pakistanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə və müdafiə sənayəsi üzrə federal naziri general-leytenant Ənvər Əli Hayderlə görüşüb və hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.

O bildirib ki, tərəflər Azərbaycan və Pakistan əlaqələrini, xüsusilə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər.