08 dekabr 2023 00:22
528

Ehtimal-95%: Yer kürəsini nə gözləyir?

Qarşıdan gələn qışda Yer kürəsində orta temperatur rekord həddə çatacaq.

Çindən olan klimatoloqlar bu qənaətə gəliblər.

Orta temperaturun son onilliklərin orta səviyyəsindən təxminən bir dərəcə Selsi yüksək olacağı ehtimalı 95% -dir. Bu barədə Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, onlar bildiriblər ki, Qərbi Avropa, Rusiyanın Uzaq Şərq hissəsi, ABŞ və Argentinada qış temperaturu aşağı qalacaq və hətta əhəmiyyətli dərəcədə aşağı düşə bilər.

Alimlərin fikrincə, rekord rəqəmlər antropogen qlobal istiləşmənin sürətlənməsi və El Nino iqlim fenomeninin intensivləşməsi ilə bağlıdır.

Nubar Süleymanova, “İki sahil”