08 dekabr 2023 12:04
287

Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib

Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

“İki sahil” xəbər verir ki, deputat Fazil Mustafa komitəyə sədr seçilib.

Bu barədə spiker Sahibə Qafarova məlumat verib. Plenar iclas zamanı layihə səsverməyə qoyularaq qəbul edilib.

Deputat Ülviyyə Ağayeva isə komitənin sədr müavini seçilib.

Qeyd edək ki, komitənin keçmiş sədri Qənirə Paşayeva olub. O, bu ilin sentyabr ayında dünyasını dəyişib.