Növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.
“İki sahil” xəbər verir ki, məsələ barədə məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova verib.
Sonra qərar MSK-nın növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib.
İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.