08 dekabr 2023 23:57
595

“WhatsApp”da daha bir yenilik...

"WhatsApp" mesencerində istifadəçilərə dinlənildikdən sonra söhbətdən silinəcək səsli mesajlar göndərməyə imkan verən funksiya istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Meta" korporasiyası məlumat yayıb.

"Bu gün biz məmnuniyyətlə elan edirik ki, indi siz dinlədikdən sonra yox olacaq səsli mesajlar göndərə bilərsiniz", - deyə "Meta" saytında qeyd məlumat verilib.

Qeyd olunur ki, birdəfəlik oxuma funksiyası olan səsli mesajlar "birdəfəlik" işarəsi ilə işarələnib və yalnız bir dəfə oxuna bilər.