09 dekabr 2023 12:31
523

Avropa Parlamentinin komitə sədri: Azərbaycan və Ermənistanın birgə bəyanatı ümid işığıdır

Avropa Parlamentinin Təhlükəsizlik və Alt Komitəsi Azərbaycan və Ermənistan arasında əsir mübadiləsinə dair bəyanat yayıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamentinin Təhlükəsizlik və Alt Komitəsinin sədri Natali Luazo Azərbaycanla Ermənistan arasında əsir mübadiləsinə dair bəyanatın ümid işığı olduğunu bildirib.

"Azərbaycan və Ermənistan arasında əsir mübadiləsinin elan edilməsi ümid işığıdır. Qoy iki ölkə arasında sülh sazişi tezliklə əldə olunsun" - sədr əlavə edib.