11 dekabr 2023 10:36
151

Azərbaycan futzal millisinin Rumıniya və Niderlandla oyunlar üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsində Rumıniya və Niderlandla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

“İki sahil” xəbər verir ki, baş məşqçi Vitali Borisov 16 oyunçuya dəvət göndərib.

Komanda hazırlıq məqsədi ilə bu gündən dekabrın 17-dək Bakıda, 18-dən 20-dək isə Niderlandda təlim-məşq toplanışında olacaq.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)
Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amaedu (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela ("Andelext", Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya).

Qeyd edək ki, dekabrın 15-də Rumıniyanı qəbul edəcək millimiz beş gün sonra Niderlandın qonağı olacaq.

15 dekabr

20:00. Azərbaycan – Rumıniya
Hakimlər: Damian Qrabovski, Slavomir Stezko, Monika Çudzinoviç (Hamısı Polşa)
Hakim-inspektor: Qjerqji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)
Bakı İdman Sarayı

20 dekabr

21:30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (Hamısı Litva)
Hakim-inspektor: Karel Heniç (Çexiya)
UEFA nümayəndəsi: Fabritsio Di Feliçe (İtaliya)
Almere. Topsportsentrum