11 dekabr 2023 12:40
182

Azərbaycanla Gürcüstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir- Prezident

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

“İki sahil”in xəbərinə görə, bu barədə Azərbaycan lideri dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd edib.