11 dekabr 2023 14:45
134

COP28: Azərbaycanın su ehtiyatları barədə iştirakçılar məlumatlandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində Azərbaycan pavilyonunda bir sıra görüşlər keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "İki sahil"ə məlumat verilib.

Bildirilib ki, təşkil olunan görüşlər zamanı iştirakçılara Azərbaycanın su ehtiyatları, gələcək perspektivlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri, o cümlədən alternativ su mənbələrindən istifadə istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verilib.